AZ

Rusiya “Taliban”ı terror siyahısından çıxarır

“Taliban”ın ölkədə terror təşkilatları siyahısından çıxarılmasına icazə verə biləcək qanun layihəsi bir qrup deputat və senator tərəfindən Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına təqdim edilib.

"Cebheinfo.az" xəbər verir ki, heç bir terror təşkilatının adının yer almadığı qanun layihəsi Rusiya Federasiyasının Baş prokuroru və ya onun müavini məhkəmənin qərarı ilə terrorçular siyahısına daxil edilmiş hər hansı təşkilatın fəaliyyətinin qadağan edilməsinin müvəqqəti olaraq dayandırılmasının qanuna daxil edilməsini nəzərdə tutur. 

Qanun layihəsinin əsaslandırılmasında qeyd olunub ki, bir təşkilat terror təşkilatları siyahısına daxil edildikdən sonra zaman keçdikcə terrorizmin təşviqi, qanuniləşdirilməsi və dəstəklənməsinə yönəlmiş fəaliyyətini dayandırması və ya bu cinayətlərin törədilməsinə son qoyması halları yarana bilər.

Xatırladılıb ki, belə bir qurumun fəaliyyətinə qoyulan qadağanın dayandırılmasına icazə verilməsi mövcud qanunlarda nəzərdə tutulmayıb.

Rusiya mətbuatında qanun layihəsinin “Taliban”ın terrorçular siyahısından çıxarılması üçün hazırlandığı ilə bağlı fikirlər səsləndirilib.

Seçilən
8
cebheinfo.az

1Mənbələr