Türkiyənin Ərzurum şəhərində havanın temperaturu 8 dərəcə şaxtaya enərkən, gün ərzində təsirli olan yağış qarla əvəzlənib. Aramsız yağan qar küçələri ağ örtüklə bürüyüb.
İndex.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə yolun ortasında donmuş at diqqət çəkib.
Bu görüntüləri vətəndaş mobil telefonu ilə lentə alıb. Hadisəni görən ətrafdakı insanlar vəziyyəti Ərzurum Böyükşəhər Bələdiyyəsi Heyvan Təcili Yardımına bildirib. Məlumata görə, atın baytar tərəfindən yoxlanıldığı bildirilib.