AZ

Ukraynanın keçmiş Baş Qərargah rəisində şok açıqlamalar- Rusiya 2-3 aya Avropanın HHM sistemlərini tam məhv edə bilər...

Image

Ukraynanın Londondakı səfiri və keçmiş Baş Qərargah rəisi Valeri Zalujnı bəyan edib ki, Avropa ölkələrinin hazırkı silah istehsal imkanları Rusiyanın müdafiə sənayesi ilə müqayisə olunmayacaq qədər aşağıdır və buna görə də Rusiya ilə uzunmüddətli müharibə apara bilməzlər. 

“Onlar qısamüddətli hərbi münaqişələrə hazır ola bilərlər, lakin “düşməni zəiflətmə müharibəsi”nə hazır deyillər”, - Zalujnı bildirib. 

O, qeyd edib ki, Avropa ölkələrinin sursat ehtiyatları Rusiyanın böyük həcmdə istehsal etdiyi raket və pilotsuz uçuş aparatlarının qarşısını ala bilməz. 

Zalujnı Qərb ölkələrinin Ukraynaya verdiyi hava hücumundan müdafiə raketlərinin bu hücumlarla müqayisədə yetərsiz olduğunu deyib: "Hava hədəflərinin sayı artır, lakin bu hədəflərə qarşı mübarizə vasitələri məhdud və baha başa gəlir. Ona görə də hesab edirəm ki, Böyük Britaniya və ya Avropa ölkələri F-16 təyyarələrinin sayına baxmayaraq, Rusiya ilə uzunmüddətli müharibəyə hazır deyillər".

Rusiyanın 2-3 ay ərzində Avropanın hava hücumundan müdafiə sistemlərini tamamilə məhv edə biləcəyini iddia edən Zalujnı, Qərbdə ənənəvi hava hücumundan müdafiə sistemlərinə alternativ sistemlərin hazırlanmamasından narahatlığını dilə gətirib.

TAHİR





Seçilən
18
baki-xeber.com

1Mənbələr