AZ

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edildi

Image

Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qanun layihəsi Milli Məclisin noyabrın 26-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyon 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat) məbləğində nəzərdə tutulur.

2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır.

ZÜMRÜD





Seçilən
10
baki-xeber.com

1Mənbələr