AZ

Duda Ermənistanda: Polşa prezidentinin XOŞAGƏLMƏZ açıqlamaları - FOTO

Polşa Respublikasının Prezidenti Andjey Duda noyabrın 26-da Ermənistana rəsmi səfər edib.

Musavat.com Polşa Prezidenti rəsmi saytına istinadla xəbər verir ki, səfər çərçivəsində prezident Duda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ilə görüşərək, birgə mətbuat konfransı keçirib.

Prezident Duda vurğulayıb ki, Polşa yaxın zamanda Avropa İttifaqı Şurasına sədrlik edəcək və bu müddətdə Ermənistanın Avropa ailəsinə yaxınlaşması məsələsinə xüsusi önəm verəcək.

Sitat: “Ermənistanın Avropa İttifaqına inteqrasiyası Polşa üçün böyük əhəmiyyət kəsb edir. Biz Ermənistanın Avropa ailəsinə daha da yaxınlaşmasını dəstəkləyirik.”

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan isə Polşanın dəstəyinə görə təşəkkür edərək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Duda Ermənistan ictimaiyyətinə xoş görünmək üçün vandalların ölkəsi və vandal millətlə bağlı aşırı tərifli sözlər söyləyib.
Erməniləri dünyada ən yaxşı tanıyan xalq olaraq, onların bu tərifli sözlərə layiq olmadıqlarını, əksinə, ən aşağı ifadələrə ünvan ola biləcəklərini əminliklə söyləyə bilərik.

Musavat.com

duda.jpg

Seçilən
6
1
musavat.com

2Mənbələr