AZ

"Dərman gətirilən zaman nə qədər çox xərc çəkilsə, dərmanın qiyməti o qədər baha olur"

"Azərbaycanda dərman qiymətlərinin baha olmasının səbəbi birbaşa olaraq tətbiq edilən gömrük rüsumlarıdır.Azərbaycanda strateji məhsulların, o cümlədən, dərman pereparatlarının qiymətini AR Tarif Şurası müəyyən edir. Bu da bir çox dərmanların qiymətinə xüsusi təsir göstərir".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib:

"Ümumiyyətlə, dünya iqtisadiyyatında qiymətləri bazar formalaşdırır. Tələb təklifi formalaşdırır. Ölkəmizdə isə təəssüf ki, bu tip məsələlərdə qiymətin bahalaşması gömrükdən hiss olunmağa başlayır. Bir çox dərman vasitələri ölkə daxilində istehsal olunmur. Həkimlərimizin reseptlərində qeyd etdiyi firma dərmanları xaricdən gətirilir. Yekun qiymət gətirilən zaman çəkilən xərcdən asılı olur. Dərman gətirilən zaman nə qədər çox xərc çəkilsə, dərmanın qiyməti o qədər baha olur. Məsələn, İstanbulda pərakəndə formada 6 manata satılan hansısa dərmanı Azərbaycanda 49 manata alırıqsa, bu o deməkdir ki, burada problem var. Konkret olaraq tətbiq olunan gömrük rüsumları və Tarif Şurasının müəyyən etdiyi qiymətlər problem yaradır.  Problemin həllini onlarda axtarmaq lazımdır".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr