AZ

Rəqqasə gecə klubunda infarktdan öldü

25 yaşlı Türkiyə vətəndaşı Rusiyada "Moskva Siti" biznes mərkəzində gecə klubunda şou zamanı qəfil dünyasını dəyişib.

Hadisə bazar ertəsi gecə Federasiya qülləsində yerləşən HEFNER klubunda baş verib. Türkiyəli qadın balet şousunda iştirak edib. O, işə gələrək soyunub-geyinmə otağında çıxışa hazırlaşmağa başlayıb. Lakin qəfil özünü pis hiss edərək, qusub. Həmkarları həkim çağırsalar da, qızı xilas edə bilməyiblər.

İlkin ehtimala görə, qadın infarktdan ölüb.

Məlum olub ki, mərhum 2021-ci ildə Krasnoqorskda bir mənzil kirayəyə götürüb. Lakin orada oğurluq edib və mənzilin sahibi məhkəmə yolu ilə rəqqasədən əmlaka dəymiş ziyana görə pul almağa məcbur olub./Lent.az 

Seçilən
31
50
musavat.com

10Mənbələr