Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda rəsmi səfərdə olan Polşa prezidenti Anjey Dudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Paşinyan Dudaya Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə müzakirələrdəki son hadisələri və Ermənistan tərəfinin prinsipial mövqelərini təqdim edib. Baş nazir Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulayıb.