AZ

Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze cari ilin 14 dekabrında keçiriləcək seçkidə ölkə prezidenti postuna mümkün namizədlərin siyahısında sabiq baş nazir İrakli Qaribaşvilinin və Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiyanın olacağı ilə bağlı xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, Mamuka Mdinaradze bu barədə Gürcüstan KİV-ə verdiyi açıqlamada söyləyib.
O qeyd edib ki, müxalifətə bağlı mətbuatda dərc edilən iddialar həqiqəti əks etdirmir.
Xatırladaq ki, Gürcüstanda prezident seçkisi dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.
Seçilən
7
oxu.az

1Mənbələr