AZ

İslam varsa Türkiyə vardır- Ərdoğan

Bakı, TurkicWorld

Coğrafiyamızda hər millətin, hər irqin əsası İslamdır. İslam varsa, türk kürdləri, ərəblər vardır, əxlaq vardır. Hər şeydən əvvəl İslam varsa, Türkiyə vardır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Diyanət İşləri Başçılığı Konfrans Salonunda keçirilən 7-ci Diyanət Şurasının iclasında çıxış edərkən bildirib.

"Cəmiyyətin sementi olan müqəddəs dəyərlərimizə qarşı edilən cəhdlər milli təhlükəsizlik problemidir. Başda RTÜK və aidiyyatı qurumlarımız tez bir zamanda tədbir görməlidir. Sırf buna görə xalqımızın alçaldılmasına icazə verə bilmərik inanclarına və görünüşünə, ya da bir neçə təkəbbürlü insan tərəfindən reytinq savaşı üçün məzə kimi istifadə edilməsinə icazə vermərik.”- deyə Ərdoğan vurğulayıb.

Seçilən
13
turkic.world

1Mənbələr