AZ

“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir

Bakı. Trend:

Sərfəli mobil operator “Nar” abunəçilərinə balanslarında yetərliməbləğ olmadığı zaman “İnternet Kredit” xidməti vasitəsilə internetpaketləri sifariş vermək imkanı yaradıb. Abunəçilər *771#200#YESşifrəsini yığmaqla 200 MB və *771#800#YES şifrəsini yığmaqla 800 MBhəcmində data kredit götürə bilər.

Sifariş olunan 200 MB data kredit üçün 0.68 AZN, 800 MB datakredit üçün isə 1.88 AZN məbləğ hesablanır. Bu məbləğlər datapaketi, xidmət haqqı və sorğu xərclərinin tam dəyərini özündəehtiva edir və paketlərin ümumi dəyəri abunəçi balansını artırdığızaman çıxılır.

Qeyd edək ki, birdən çox data kredit götürmək də mümkündür – buzaman ümumi kredit məbləği abunəçinin mövcud limitinə əsasəndəyişir. “Nar” nömrəsinin mövcud data kredit borcunu *771#150#YESşifrəsi ilə nəzarətdə saxlamaq mümkündür.

“İnternet Kredit” xidmətindən istifadə etməzdən öncə *771#7#YESşifrəsini yığaraq nömrənizin kredit götürmək üçün uyğunluğunuyoxlayın. Həmçinin, nar.az/Narkreditsəhifəsindən xidmət haqqında bütün məlumatı əldə edəbilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.

Seçilən
28
23
az.trend.az

10Mənbələr