AZ

Yığmamız üçün taciklər

Qadınlardan ibarət Azərbaycan millisinin noyabrın 28-də və dekabrın 2-də Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək.

Qarşılaşmaları Nodira Mirzoeva idarə edəcək. Baş hakimin köməkçiləri Dilshoda Rahmonova və Farhod Kuralov olacaqlar. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə “Soçi” klubunun Məşq Bazasında keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Seçilən
52
futbolinfo.az

1Mənbələr