AZ

Rutte Ukraynadakı münaqişənin gedişatını dəyişdirməyə çağırıb



NATO-nun baş katibi Mark Rutte Qərb ölkələrini Ukraynaya təkcə hərbi yardım göstərməyə deyil, münaqişənin gedişatının dəyişməsinə səbəb olacaq addımlar atmağa çağırıb. Bu barədə “Moskovski Komsomolets” mənbəyə istinadən yazır.
Qəzetin məlumatına görə, rəsmi Afinada çıxışı zamanı NATO-ya üzv ölkələrə müraciət edib.

Rutte qeyd edib ki, alyansın dəstəyi sayəsində Ukrayna “mübarizəni davam etdirir”. Eyni zamanda, o vurğulayıb ki, NATO “bu münaqişənin gedişatını dəyişmək” üçün daha da irəli getməlidir.Baş katib qeyd edib ki, əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükünü təmin etmək və 2022-2024-cü illərdə Kiyevə verilən bütün vədləri yerinə yetirmək lazımdır.

Mark Rutte Yunanıstanı güclü müttəfiq adlandırıb və ölkənin müdafiə sənayesinin inkişaf etdiyini qeyd edib. O, həmçinin respublikanın ÜDM-in 3%-ni müdafiə sahəsinə sərmayə qoymasını və silahlı qüvvələrinin yeni modernləşdirilməsini həyata keçirməsini yüksək qiymətləndirib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis öz növbəsində bildirib ki, NATO Ukraynanı dəstəkləməyə davam etməli və sammitdə razılaşdırılmış bütün tədbirləri həyata keçirməlidir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
14
aia.az

1Mənbələr