AZ

Rusiya Britaniya diplomatını ölkədən çıxarır

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) britaniyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıb.

Oxu24.com xəbər verir  ki, kəşfiyyat xidmətinin məlumatına görə, o, Rusiya ərazisində kəşfiyyat və təxribat işləri aparıb.


FSB bildirib ki, Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi, avqust ayında Rusiyadan qovulmuş “altı Britaniya kəşfiyyatçısından birini əvəz edən” Uilks Edvard Prayor ölkəyə giriş icazəsi alarkən yalan məlumat verib.

Kəşfiyyat xidməti həmçinin iddia edir ki, britaniyalı diplomatın hərəkətləri “Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işlərinin əlamətlərini üzə çıxarıb”. Pryor akkreditasiyasından məhrum edildi və yaxın iki həftə ərzində Rusiyanı tərk etmək əmri verildi.

Britaniya hakimiyyəti Rusiya tərəfinin bəyanatlarını hələ ki, şərh etməyib. Departamentin sözçüsü Mariya Zaxarova bildirib ki, Böyük Britaniya səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi altı britaniyalı diplomatın “kəşfiyyat və təxribat fəaliyyətləri” barədə FSB tərəfindən verilən məlumata əsasən, onların akkreditasiyasını ləğv etmişdi.

 

Nigar

Seçilən
13
oxu24.com

1Mənbələr