AZ

"Türk dövlətləri bu gün həyatın hər sahəsində birlikdə olmaq çabası göstərir"— AÇIQLAMA

"70 il SSRİ müstəmləkəsi olan türk dünyası 1990-cı illərin başında SSRİ-nin dağılmasından sonra 5 cümhuriyyət olaraq inkişaf etməyə başladı. Türk dövlətlərinin müstəqillyini tanıyan ilk ölkə Türkiyə Cümhuriyyəti olub".

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz deyib: 

"Qısa müddət sonra türk dünyası ilk öncə "Türk dilində danışan ölkələr zirvəsi" adı ilə bir yerə gəldilər. Türk dili danışan ölkələr ən son 21 noyabr 2021 tarixində İstanbulda təşkil olunan 8-ci Türk Dövlətləri zirvəsində Türk Dövlətləri Təşkilatı adını bütün dünyaya bəyan etdilər. Sovet Rusiyası dağıldıqdan sonra türk dövlətlərinin müstəmləkədən qurtulması üçün dünya və Türkiyə ilə inteqrasiya etməsi lazım idi.  Türk Dövlətləri Təşkilatına Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qatılması ilə bütün müstəqil türk dövlətləri birləşmiş oldu".


O bildirib ki, ikiqütblü dünya sistemi 90-cı illərdə bitdi:

"Yeni dünya sistemində şərqdə Çin, qərbdə İngiltərə mərkəzi inşa edilərkən TDT-nın üçüncü qütb olaraq yenidən dünya tarixində öz yerini tutduğunu görürük. İlk gündə ortaq əlifba yox idi. Birlik ortaq dil və mədəniyyət üzərində qurulmuşdu. Türk dünyası ordusunun qurulma cəhdləri, iqtisadi cəhətdən birlikdə hərəkət etmək çox önəmli irəliləyişdir. Türk dövlətləri bu gün həyatın hər sahəsində birlikdə olmaq çabası göstərir. Təşkil olunan hər zirvədə yeni qərarlar ilə türk dünyası təməlinə bir beton qoyulub, suvaq atılır. Növbəti  dövrlərdə türk dünyası bütün dünyaya mədəniyyət, əlifba, iqtisadi, güc baxımından birlikdə olduğunu göstərəcək"

Politoloq qeyd edib ki, gücün hərbi və iqtisadi olaraq daha da artmasından sonra nüfuzu çox olan ölkələrin birliyə qatılmaq istəyəcəyindən əmindir:

"Rusiyanın və İranın təşkilata qatılmaq istədiyini bilirik. Türk dövlətləri təşkilatı genişlənmə prosesinə başlamadan öncə bura qatılmaq üçün şərtlər təyin etmək məcburiyyətindədir. 

Yeni çağda, üç qütblü yeni dünya sistemində Türk Dövlətləri Təşkilatı üçüncü qütb olmaq yolunda böyük yol qət edib"

Əfsanə Kamal
Demokrat.az
Seçilən
7
demokrat.az

1Mənbələr