Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 17:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Qusar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Kürdəmir, Xaçmaz, Ağdam, İsmayıllı, Neftçala, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran və Astarada yağış, Xınalıq və Şahdağda arabir qar yağır.
Xidmətdən Yenicag.az-a verilən xəbərə görə, Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13°, Naxçıvan Muxtar Respublikasında 19°, Aran rayonlarında 12°, dağlıq rayonlarda 5°-dək isti qeydə alınıb.