Bakı. Trend:
Vətən müharibəsi bitəndən indiyə qədər şəhid ailəsinin üzvü vəmüharibə veteranı olan 106 min nəfərə 119 min aylıq sosial ödəniş,24,2 min şəxsə isə birdəfəlik ödəmə təyin olunub.
Bu barədə Trend-ə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilir ki, həmçinin şəhid ailələri, müharibə ilə əlaqədarəlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfəgenişlənib, onlara 6 326 mənzil və fərdi ev, müharibə ilə əlaqədarəlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.
Məlumata görə, şəhid ailələri üzvləri və müharibə iştirakçılarıolan 11 min şəxsə 68,1 min sosial-psixoloji dəstək və reabilitasiyaxidməti göstərilib.
"Müharibə ilə əlaqədar əlilliyi olan 2232 şəxs 61,1 minreabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 599 ədəd yüksəktexnologiyalı müasir protezlə təmin olunub.
Bununla bərabər, şəhid ailələri üzvləri və müharibəiştirakçıları olan 24,4 min şəxsin məşğulluğu təmin edilib, ocümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstəkpaketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 363 minxidmət göstərilib", - məlumatda qeyd olunub.