AZ

"Tottenhem"də ciddi itki: uzun müddət oynamayacaq

İngiltərinin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Qulyelmo Kikario sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı qapıçı Premyer Liqanın 12-ci turunun "Mançester Siti" ilə matçında (4:0) sıradan çıxıb. Topuq sümüyündə sınıq aşkarlanan Vikario əməliyyat olunub. 28 yaşlı qolkiper uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Tottenhem" Qulyelmo Vikarionu ötən ilin yayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr