Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb.
Bu barədə Bizim.Media-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Qeyd edilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda-ümumilikdə 7 565 ampula, 1 781 flakon, 10 207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1 238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.
Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta