AZ

“Cavid Hüseynov gəldiyi ilk gündən oyun fəlsəfəsini təlqin etməyə çalışır” – “Səbail”in qapıçısı

Bilindiyi kimi, premyer-liqanın 14-cü turunda “Səbail” evdə “Qarabağ”a 0:3 hesabıyla məğlub oldu.

“Dənizçilər”in həm də Cavid Hüseynovun rəhbərliyi altında ilk oyuna çıxmışdı. Bəs komanda niyə uğursuzluq zolağından çıxa bilmir?

“Dənizçilər”in qapıçısı Hüseynəli Quliyev “Football-plus.az”a açıqlamasında əvvəlcə “Qarabağ”la oyun barədə fikirlərini bölüşdü:

“Dünənki oyun barədə deyə bilərəm ki, çox güclü rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə matş istədiyimiz məcrada keçirdi, hücumların qarşısını ala bildik. Ancaq ikinci hissə bizim üçün yaxşı başlamadı. Rəqibin ustalıq səviyyəsi kifayət qədər yüksək olduğu üçün düşən fürsətləri qiymətləndirdilər. Bizdən daha təcrübəli və daha oturuşmuş komanda olduğları üçün qələbə qazandılar. Doğru yolda olduğumuzu düşünürəm. İnanıram ki, gələcək oyunlarda istədiyimiz futbolu oynayıb, layiq olduğumuz yerlərə qalxacağıq”.


25 yaşlı futbolçu həm də yeni baş məşqçi barədə danışdı:

“Cavid Hüseynov gəldiyi ilk gündən oyun fəlsəfəsini komandaya təlqin etməyə çalışır. “Qarabağ” kimi komandaya qarşı hazırlaşmağa müddət az oldu. Düşünürəm ki, zaman keçdikcə komanda şəklində məşqçimizin tələb etdiklərini meydanda daha yaxşı yerinə yetirəcəyik. Nəticə qazanacağımıza inanırıq”.


RÖYANƏ OĞUZ
Seçilən
22
football-plus.az

1Mənbələr