AZ

Limonlu saç maskası və faydaları

C vitamini baxımından çox zəngin olan və qan təzyiqini salmaq üçün mükəmməl olan limon keçmişdə saçlara parlaqlıq və forma vermək üçün istifadə edilirdi.

Ölkə.Az “sabah” qəzetinə istinadla xəbər verir ki, mütəxəssislər limondan düzgün istifadə edildiyində həm saçlara, həm də saç köklərinə bir çox faydalı olduğunu deyir.

Son illərdə alternativ tibbdə tez-tez istifadə edilən limonun tərkibində bol miqdarda kalium, kalsium, mis, maqnezium, fol turşusu və lif var. Gündə bir dəfə limon yemək bədənimizin ehtiyac duyduğu C vitamininin 50%-ni qarşılayır.

Keçmişdə heç bir saç spreyi və ya maska olmadığı üçün saç düzümü üçün istifadə edilən limonun əslində, saçlarınız üçün düşündüyünüzdən daha çox faydası var. Həmin faydaları təqdim edirik:
- Limon tərkibindəki vitamin və minerallar sayəsində saçları gücləndirir və saç tellərini qalınlaşdırır.
- Limonun saç üçün ən böyük faydası kəpəyi yox etməsidir. O, yalnız kəpəyi yox, həm də baş dərisini təmizləyir və saç köklərindəki tıxanmaları aradan qaldırır.
- Saçlarınızın parlaq görünməsini istəyirsinizsə, saç kreminizə limon suyu əlavə edə bilərsiniz.
- Limon saçları qidalandırır və yağlanmasını gecikdirir. Saçınıza müntəzəm olaraq limon suyu sürtsəniz, qaşınma probleminin qarşısını alır.

Saça vurulan limon yüksək turşuluğu səbəbindən çox istifadə edildikdə saç köklərinə zərər verə, saçınızı quruda və həmçinin saç köklərində qıcıqlanmaya səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər diqqətli olmağı tövsiyə edir.

Limonlu saç maskası

2 xörək qaşığı bal, 1 xörək qaşığı limon suyu, 2 çay qaşığı zeytun yağı və 4 damcı rozmarin yağını qarışdırın və saç divlərinizə masaj edərək çəkin. 20 dəqiqə gözlədikdən sonra saçınızı sulfatsız şampunla yuyun. 

Bundan əlavə, saçınıza limon çəkib bir müddət günəşdə saxladığınız zaman saç rənginizin açıldığını görə bilərsiniz.

Billurə

Seçilən
16
olke.az

1Mənbələr