Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna qüvvələrinin nəinki müdafiə olunmağa, həm də güclü əks-hücumlar keçirməyə hazır olduğunu bəyan edib.
...Biz düşməni dayandırmalıyıq. Ancaq Ukrayna Silahlı Qüvvələri yalnız müdafiə üzərində işləsə, qələbə mümkün deyil.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Sırski noyabrın 26-da ukraynalı hərbi blogerlərlə görüşdə bildirib ki, Ukrayna qoşunları təkcə özünü müdafiə etməyi deyil, həm də əks-hücumlar keçirməyi planlaşdırır.
Bu barədə görüşdə iştirak edən hərbçi Kirill Sazonov məlumat verib.
...Biz təşəbbüsü ələ keçirməli və əks hücuma keçməliyik. Bunu deyən Sırski, cəbhədəki əməliyyat vəziyyətindən də danışıb.
Onun sözlərinə görə, Pokrovski və Kuraxovski istiqamətlərində vəziyyət çətin olaraq qalır, lakin bir həftə əvvəl kritik olduğu vaxtdan yaxşıdır.
Ukrayna Silahlı Qüvvələrinin bəzi bölmələri əhatə edəcək heç kimin olmadığı mövqeləri tərk edərək geri çəkilməyə məcbur olub. Bu, həqiqətən böhranlı bir vəziyyət idi.
...İndi problem həll olunub: ehtiyatlar yerləşdirildi, düşmənin planları pozuldu.
Bunu daSirski deyib.
Xatırladaq ki, daha əvvəl Müdafiə Nazirliyi Kursk bölgəsini Amerikanın ATACMS raketləri ilə atəşə tutmasına görə qisas alacağını vəd etmişdi.
Əli Babayev