Bakı. Trend:
Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilənPOLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.
Trend xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, noyabrın 26-da minlərlə sərnişinin pasportnəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzunnövbələrin yarandığı bildirilir. Antalya və İstanbul havalimanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.
Qeyd edilir ki, problemlə bağlı sərnişinlərə səsgücləndiricivasitəsilə məlumat verilib. Bir müddət sonra nasazlıq aradanqaldırılıb.