AZ

Tramp yanvarın 20-də imza atacağı ilk qanunu açıqladı- dünya bir-birinə dəydi...

Image

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum tətbiq edəcəyinə söz verib. 

O, bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb: “Hamı bilir ki, Meksika və Kanadadan minlərlə insan ABŞ-a gəlir, buna görə də cinayət və narkotik ticarəti görünməmiş həddə çatıb. Yanvarın 20-də mənim ilk fərmanlarımdan biri Meksika və Kanadadan ABŞ-yə çatdırılan bütün mallara 25 % tarif tələb etmək üçün bütün lazımi sənədləri imzalamaq olacaq”.

Tramp Meksika və Kanadanın uzun müddətdir davam edən bu problemi həll etmək üçün hər cür imkana malik olduğunu vurğulayıb. Bu arada onu da xatırladaq ki, Donald Tramp ilk prezidentliyi dövründə Çinə geniş rüsumlar tətbiq edərək qlobal iqtisadiyyatı sarsıtmışdı. Ofisə geri qayıtmazdan əvvəl Tramp Çinə qarşı daha sərt tədbirlər görəcəyini vəd edir. O, ABŞ-a idxal olunan məhsullara 10%, Çindən gələn mallara isə heyrətamiz dərəcədə - 60% tariflər tətbiq edəcəyini deyir. Çin hələ ki, Trampın təhdidlərinə birbaşa cavab verməsə də, gələcək ticari gərginlinlik barədə xəbərdarlıq edir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib: “Bir daha qeyd edim ki, ticarət müharibəsində qalib tərəf yoxdur və dünya bundan faydalana bilməz”.  Çin prezidenti Si Cinpin qlobal ticarətdə yüksələn rol oynamaq üçün sabit və güclü valyuta istəyir, lakin Donald Trampın prezident postuna geri dönüşü bu məqsədə təhdid yarada bilər. Tramp prezidentliyinin ikinci dövründə yuanın illərlə eniş təzyiqi ilə üzləşmə riski var və yeni bir ticarət müharibəsi ehtimalı artıq valyutaya qarşı neqativ gözləntiləri artırır. Analitiklər 2025-ci ildə yuanın dollar qarşısında son 17 ilin ən aşağı səviyyəsini düşəcəyini gözləyirlər. Hələ ən pessimist proqnozlara görə, yuan təxminən 10% dəyər itirə bilər. Yuan əvvəlki ticarət müharibəsi dövrü ilə müqayisədə daha zəifdir. Çin hökumətinin istiqraz gəlirləri Amerikadakından aşağıdır. Xarici şirkətlər investisiyalarını geri çəkməkdədir. İqtisadi artım qeyri-bərabərdir və deflyasiya təhlükəsi faiz dərəcələrinin daha da aşağı düşməsinə səbəb ola bilər. Çin Xalq Bankı valyutanın daha böyük devalvasiyasına maliyyə sabitliyi baxımından narahat olduğundan bir müddət yuanı dəstəkləməyə davam edəcək. Lakin əgər ticarət müharibəsi başlasa, bank Çinin ixracını qorumaq və danışıqlardakı mövqeyini yaxşılaşdırmaq üçün daha çox devalvasiyaya icazə verə bilər. Amma yuanın dollar qarşısında enişini dayandırmaq məqsədində Çinə məhz Tramp özü kömək edə bilər. Yeni seçilmiş prezident daha zəif dolların tərəfdarıdır ki, bu da ABŞ mallarını digər ölkələr üçün daha ucuz edəcək, lakin Uol-Strit bankları bunun gerçəkləşmə ehtimalının aşağı olduğunu düşünürlər. Çin uzun illərdir valyutasının beynəlxalq arenada populyarlaşmasını təşviq edir ki, bu da Si Cinpinin ölkəni qlobal maliyyə gücünə çevirmək məqsədinin bir hissəsidir. Hökumət valyutanın xaricdə istifadəsini artırmaqda müəyyən uğurlar əldə edib, lakin Pekin yuanın sabitliyini gələcək uğurun açarı kimi görür.

Bununla yanaşı, Trampın istənilən tarifləri xüsusilə ixracdan asılı olan iqtisadiyyatlara zərər verə bilər. Bununla belə genişlənmiş ABŞ-Çin ticarət müharibəsi həm də imkanlar yarada bilər. Bir çox ölkə tariflərdən yayınmaq üçün istehsalın Çindən uzaqlaşmasından faydalanıb. Taylandın ticarət naziri bu yaxınlarda deyib ki, onun ölkəsi fabriklərini Çindən köçürdən ABŞ şirkətlərinin gəlişinə şahidlik edib: “Biz buna dözməyi bacarmalıyıq. Mən əslində bu problemləri Tayland üçün fayda kimi görürəm. İnanıram ki, biz hər bir ölkə üçün investisiya məkanı ola bilərik”. Lakin bu yanaşma özü ilə bərəbər risklər də gətirir. Çindən çıxıb gələn ticarətdən faydalanan bir çox ölkə indi ABŞ-a ixracatdan çox asılıdır. Bu, onları Trampın ümumi tariflərinə və ya marşurutu yönləndirilmiş mallara tətbiq olunan təzyiqlərə qarşı daha həssas edir. Tariflər ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından əlavə, digərlərini də narahat edir. Belə ki, ABŞ-la ticərətin onsuz da məhdud olduğu Afrikada yüksək tariflər vəziyyəti daha pisləşdirə bilər. “Constituency for Africa”nın qurucusu Melvin Foote bununla bağlı bildirib: “İstehsaldan danışsaq, məhsul istehsalından danışırıqsa, ananasın ABŞ bazarına gəlməsi çətin olacaq. Beləliklə, tariflərin artırılmasından danışırıqsa, ABŞ-ın Afrika ilə ticarətinə nikbin baxa bilmirəm. Beləliklə, tariflərin artırılmasından danışırıqsa, ABŞ-ın Afrika ilə ticarətinə nikbin deyiləm”. Qeyri-müəyyənliyin çoxu Trampın gözlənilməzliyindən qaynaqlanır. Qərbin tanınmış  analitikləridən iri olan Jayant Menon deyir ki, ilk müddətində o, tez-tez fərdi ticarət müqavilələri bağlamazdan əvvəl tariflərdən sövdələşmə vasitəsi kimi istifadə edirdi: “Tramp proteksionist deyil, məncə, düzdürmü? O, sövdələşmə ilə məşğuldur. O, özünü belə təqdim etməyi sevir - bilirsiniz, sövdələşmə sənəti və bütün bunlar... ona görə də o xoşlayır ki, azad ticarət müqaviləsində onun rolu olsun”. Menon deyir ki, Trampın hədəfində olan ölkələrin özlərinə və qlobal iqtisadiyyata zərər vura biləcək tariflərin eskalasiyası əvəzinə yeni ticarət razılaşmalarına getmələrinə təkan verə bilər. Trampın bütün təklifləri artan proteksionistliyinə işarə etmir. O, həmçinin ABŞ istehsalı olan elektrik avtomobillərinə verilən subsidiyaların - Bayden administrasiyası tərəfindən qoyulan subsidiyaların ləğv edilməsini təklif edib. Bu isə qlobal iqtisadiyyata təsir edən təhriflər baxımından müsbət haldır. Belə görünür ki, dünya nə edəcəyini proqnozlaşdırmağın mümükün olmadığı ABŞ prezidentinin qayıdışına necə reaksiya verəcəyini müəyyənləşdirərkən həm risklər, həm də fürsətlərlə üzləşəcək.

Nahid SALAYEV





Seçilən
22
baki-xeber.com

1Mənbələr