AZ

Türkiyədə hava limanlarında nasazlıq yarandı

Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.

Day.Az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, noyabrın 26-da minlərlə sərnişinin pasport nəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzun növbələrin yarandığı bildirilir. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.

Qeyd edilir ki, problemlə bağlı sərnişinlərə səsgücləndirici vasitəsilə məlumat verilib. Bir müddət sonra nasazlıq aradan qaldırılıb.

Seçilən
8
7
day.az

10Mənbələr