AZ

“Sabah”ı Murad Musayevin sayəsində tanıyıram” – Vasili Berezutski

“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutski klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə yeni təyinatı və klub haqda danışıb: “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdir. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı keçəcək”.

Mütəxəssis “Təklif almamışdan öncə “Sabah” barədə nə bilirdiniz?” sualıa belə cavab verib: “Murad Musayev uzun müddət “Sabah”ın baş məşqçisi olduğu üçün bu klubu onun sayəsində tanıyıram. Muradla münasibətim çox yaxşıdır, biz birlikdə oxumuşuq. O, “Sabah”da işləməyə başladıqdan sonra komandanın oyunlarını izləyirdim. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədərdə çox deyil. Buna görə Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada çalışanda, buna xüsusi diqqət yetirirsən. Birincisi Murad Musayevlə diqqətimi çəksə də, sonradan “Sabah” bir klub kimi mənə maraqlı gəldi. Bu cür gənc insanların çox maraqlı, müasir yanaşması var. Nümunə kimi kafe və “Sabah”ın fan-şopunun bir yerdə olmasını göstərə bilərəm”.

Berezutski məşqçi işində vacib olan amilləri də qeyd edib: “Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu bilmək. Bundan əlavə, məsələn, Bakıda olmağını hiss edəndə olan bir növ rahatlıq. Bakıda olanda özümü rahat hiss edirəm, bura xoşuma gəlir və ən əsası da budur. Bu müddət ərzində tanış olduğum “Sabah”da çalışan insanlar isə sadəcə heyrətamizdir. Ona görə də məşqçi işində, yəqin ki, ən vacib şey budur. Qalan hər şey tədricən gələcək. Bunlar bizim bacarıqlarımızdır, futbolçu kimi sahib olduğum təcrübəm hansı ki, kifayət qədər çoxdur. Bir məşqçi kimi də sahib olduğum, həyata keçirməyə və paylaşmağa çalışacağım keyfiyyətlərimizdir. Bunun müqabilində futbolçulardan qarşılıq alacağıma ümid edirəm”.

O, Bakı şəhərindən də söz açıb: “Bu ilk təəssürat olsun, çünki sonuncu dəfə Bakıda təxminən 12 il əvvəl olmuşam. Bu 12 ildə hər şey inanılmaz dərəcədə dəyişib. Şəhər sadəcə olaraq gözəlləşib. Dünəm axşam saatlarında biz Bakını gəzəndə, sahil boyu, sadəcə olaraq, fantastik görünürdü”.

Mütəxəssis “Sabah”ın azarkeşlərindən gözləntilərindən danışıb: “Dəstək, dəstək və yenə də dəstək. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, onlar futbola gəlməkdən həzz alsınlar. Bu ən vacib şeydir. Aydındır ki, hər zaman qalib gəlmək mümkün deyil, amma onlar futbolu emosiyalarla, yenidən bura gəlmək istəyi ilə tərk etməlidirlər”.

Berezutski karyerası ərzində ən çox təsir edən məşqçiləri də qeyd edib: “Hər halda, yəqin ki, Slutskidir. Qonçarenkonu da bura əlavə edərdim. Çünki mənim məşqçilik karyeram bu iki şəxslə bağlı olub. Amma, əlbəttə ki, Slutskinin təsiri hamıdan çox olub”.

Qeyd edək ki, Vasili Berezutski ötən gün “Sabah”ın baş məşqçisi təyin olunub. Onunla 2,5 illik müqavilə imzalanıb. Komanda hazırda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci yerdədir.

Seçilən
34
7
futbolinfo.az

8Mənbələr