AZ

G7 ölkələrinin xarici işlər nazirləri bu ölkəyə toplaşıb

Bakı. Trend:

İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlərnazirlərinin görüşü keçirilir.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, İtaliyanın G7-yə sədrliyi çərçivəsindəbaş tutan görüşdə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya,Kanada və Yaponiyanın xarici işlər nazirləri və Avropa İttifaqınınali nümayəndəsi iştirak edirlər.

Məlumata görə, toplantıda qlobal miqyasda təhlükəsizlikməsələləri, münaqişə zonalarındakı vəziyyət və Yaxın Şərqlə artangərginliklə bağlı müzakirələr aparılır.

G7 xarici işlər nazirlərinin görüşündə bəyannamə qəbulolunacaq.

Məqalədə:
Seçilən
11
4
az.trend.az

5Mənbələr