"Barselona" Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Brest" ilə matça daha bir futbolçusundan məhrum çıxacaq.
Milli.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti bildirib.
Alexandro Balde sözügedən oyunun heyətindən çıxarılıb. 21 yaşlı cinah müdafiəçisinin zədəsinə görə klub risk etmək istəmir.
Xatırladaq ki, bundan öncə "Barselona"nın daha bir əsas futbolçusu Lamin Yamalın eyni səbəbdən matçın iştirak ərizəsindən adı çıxarılmışdı.
Milli.Az