İngiltərə Premyer Liqa təmsilçisi "Everton"un futbolçusu Carred Brantueyt İspaniyanın "Real" (Madrid) klubunun diqqət mərkəzinə düşüb.
Redaktor.az xəbər verir ki, "Kral klubu" 22 yaşlı müdafiəçini transfer etmək üçün hərəkətə keçməyə hazırlaşır.
İngiltərəli futbolçu göstərdiyi oyunla bir çox top-klubların marağını cəlb edib. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, C.Brantueyt cari mövsüm "Everton"un heyətində 5 oyunda meydana çıxıb.