AZ

G7-dən Çinə xəbərdarlıq

Yeddilik Qrupu (G7) Şərqi-Çin və Cənubi-Çin dənizlərindəki vəziyyətdən ciddi narahatdır.

Bakupost.az xəbər verir ki, bu barədə G7-nin xarici işlər orqanları rəhbərlərinin İtaliyada keçirilən görüşün yekunları üzrə qəbul etdikləri yazılı bəyanatda deyilir.

“Biz Şərqi-Çin və Cənubi-Çin dənizlərindəki vəziyyətdən ciddi narahatıq, bir daha bəyan edirik ki, status-kvonu güc və ya zorla dəyişdirmək cəhdlərinə qəti şəkildə qarşıyıq”.

G7 həmçinin “Çinin Cənubi-Çin dənizində geniş ərazi iddiaları üçün heç bir hüquqi əsas olmadığını” iddia edir.

Bundan əlavə, G7 Tayvan boğazında sülhün təmin edilməsinə sadiq olduğunu bəyan edir:

"Tayvan boğazında sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizliyin və iqtisadi rifahın təmin edilməsində əvəzsiz rol oynayır. Biz boğazlararası məsələlərin sülh yolu ilə həllinə çağırırıq. G7 üzvlərinin Tayvanla, o cümlədən "Vahid Çin" siyasətilə bağlı əsas mövqeyində heç bir dəyişiklik yoxdur".

Zaur, BakuPost



Seçilən
9
bakupost.az

1Mənbələr