AZ

"Beşiktaş" İngiltərədən aldığı futbolçunu QOVDU - FOTO

Beşiktaş, Göztepe qarşısında 4-2 məğlub olarkən, matçın diqqətçəkən adı Arthur Masuaku oldu. Ağ-qara azarkeşləri, Masuakunun etdiyi səhvlər və Datro Fofana ilə olan müdaxiləsindən sonra futbolçunu fitləyərək etiraz etdilər. 31 yaşlı oyunçu xüsusilə sarı-qırmızıların üçüncü qolunda rəqibini dayandıra bilmədiyi üçün tənqid hədəfi oldu.

Milli.Az xəbər verir ki, Masuakunun əvvəlki həftələrdə etdiyi müdafiə səhvləri və fərdi yanlışları da Beşiktaş azarkeşlərinin narazılığına səbəb olan amillər arasındadır. Son olaraq, Göztepe matçında etdiyi səhvlərdən sonra tənqid edilən təcrübəli futbolçunun komandadan ayrılmasına qəti bir ehtimal kimi baxıldığı bildirilir.

"Milliyet" qəzetinin xəbərinə görə, Beşiktaş rəhbərliyi mövsümün sonunda müqaviləsi bitəcək olan Masuaku ilə mövsümün ortasında yollarını ayırmağı planlaşdırır. Əgər oyunçu ayrılmağa razı olmasa, rəhbərliyin Masuakunun müqaviləsini birtərəfli qaydada ləğv etmə yoluna gedə biləcəyi qeyd edilir. 

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
39
milli.az

1Mənbələr