AZ

NBC News: Tramp daha az etirazla sakit inauqurasiya istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ikinci inauqurasiyasının daha sakit və birləşdirici atmosferdə keçməsini istəyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News ona yaxın mənbəyə istinadən məlumat yayıb.

Müəlliflər Trampın 2016-cı ildə inauqurasiyasının kütləvi etirazlarla müşayiət olunduğunu xatırladıblar. Jurnalistlər qeyd ediblər ki, respublikaçı vəzifəyə gələndə polis məmurları nümayişçilərə qarşı bibər qazı istifadə etməyə məcbur olub.

“O, bu dəfə daha az etiraza və “daha ​​az parçalanmaya” ümid edir”, – materialda deyilir.

Telekanalın məlumatına görə, Trampın komandası artıq andiçmə mərasiminə hazırlıqlara başlayıb. Xüsusən də siyasətçinin tərəfdarları mehmanxana otaqları sifariş edib, mərasim üçün mümkün mövzular üzərində işləyir və tədbir üçün loqo hazırlayırlar.

Seçilən
8
1
nocomment.az

2Mənbələr