AZ

COP29-a gələn xarici qonaqlar Azərbaycandan hansı təəssüratlarla ayrılıblar? VİDEO

COP29 çərçivəsində ölkəmizə onlarla ölkədən yüzlərələ nümayəndə, şirkət və təşkilat üzvləri də gəldilər...

Bəs Azərbaycana, Bakıda baş tutan COP29 konfransına gələn 80 minə yaxın əcənəbi qonağın onlara gösətrilən xidmətlə bağlı təəssüratları necədir?

Öz fikirlərini “Xəzər Xəbər”lə bölüşən iştirakçılardan biri, Beynəlxalq Günəş İttifaqının üzvü Borha Qonzalez deyir ki, Bakıda baş tutuan iqlim sammiti gözləntliləri doğrultdu və ölkədən müsbət təssüratlarla ayrıldı nümayəndə heyəti. İttifaq üzvü eyni zamanda konfransda müzakirə edilən mövzulara da toxunub.

Təşkilat nümayəndəsinin sözlərinə görə, Beynəlxalq Günəş İttifaqının COP29-da gördüyü işlər çox əhəmiyyətli olub. Təşkilat kiçik ada ölkələrində və dünyanın digər bölgələrində günəş enerjisinin tətbiqi ilə bağlı panel müzakirələri keçirib. 120 üzv ölkə ilə işləyən ittifaq onların fosil yanacaq istifadəsindən təmiz enerjiyə keçidinə kömək edir. Günəş enerjisi bu ölkələrin, xüsusilə günəşin asanlıqla əldə olunduğu kiçik ada dövlətlərinin bir çoxu üçün əsas həll yoludur.

O, bütün bunlara görə,  COP29-u da çox yüksək qiymətləndirdiyini qeyd edib. Əlavə edib ki, həm təşkilatçılıq, həm də müzakirələr çox məhsuldar idi. Bakı isə gözəlliyi və  mehriban insanları ilə qonaqların diqqətini çəkib. Bundan başqa BMT-nin Azərbaycanda keçirilən iqlim sammiti həm də, əldə edilən rekord maliyyə məbləği ilə də uğurlu konfrans kimi yadda qaldı, - deyə o, əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
11
1
xezerxeber.az

2Mənbələr