AZ

MEK-in şöbələri 2024-ci il ərzində gördükləri işlərə dair illik hesabatlarını təqdim ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) struktur bölmələrinin 2024-cü ildəki fəaliyyətləri barədə hesabatları dinlənilib.

İclası giriş sözü ilə açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxananın fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə danışıb. Direktor, cari il ərzində ölkə Prezidenti İlham Əliyevin sərəncamları və Rəyasət Heyətinin qərarlarının icrası çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün yüksək səviyyədə işlər aparıldığını diqqətə çatdırıb.

Daha sonra, MEK-in Komplektləşdirmə, Kataloqlaşdırma, Oxuculara xidmət, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi,  Beynəlxalq əlaqələr və digər şöbələrinin gördükləri işlərə dair məlumatları dinlənilib.

Hesabatlarda kitabxana fondunun zənginləşdirilməsi, elektron kitabxana quruculuğunun inkişafı, oxuculara xidmətin keyfiyyəti, nəşr olunan biblioqrafik göstəricilər, keçirilən elmi-praktiki konfranslar, kitab təqdimatları, kitabxanada, eləcə də digər təşkilatlarda MEK tərəfindən təşkil edilən sərgilər, beynəlxalq qurumlarla tərəfdaşlıq əlaqələri və kitabxana işinin digər mühüm məsələləri təqdim olunan hesabatlarda öz əksini tapıb. 

Yekunda, H.Hüseynov ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.


 


Seçilən
12
azia.az

1Mənbələr