Türkiyə polisi İstanbulda terror aktı hazırlayan iki İŞİD tərəfdarını saxlayıb.
Bu barədə İHA yazır.
Qeyd olunur ki, ekstremistlərdən biri internetdə bombanın necə yaradılması ilə bağlı məlumat axtarmağa başlayandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onun izinə düşüblər. Tezliklə o və digər şübhəli şəxs saxlanılıb.
Həbs tarixi dəqiqləşdirilməyib.
Kişilərin mənzillərində axtarış zamanı onlar partlayıcı maddələr, bomba hazırlamaq üçün kimyəvi maddələr və İD simvolları tapıblar.
DOĞRU.AZ