…Atelier Mansory Ferrari F8 Spider superkarına bir sıra modifikasiyalar təqdim etdi. Yeni versiya Tempesta Turchese adlanır və inkişaf etmiş aerodinamik kuzov dəsti, həmçinin 880 at gücünə qədər gücləndirilmiş V8 ilə seçilir.
SİA-nın məlumatına görə, tərtibatçılar avtomobili split spoyler, yeni təkərlər, ön bamperdə aerodinamik örtüklər, fərqli arxa bamper diffuzoru və müxtəlif arxa görüntü güzgüsü korpusları ilə təchiz ediblər.Model həm də ağ və firuzəyi rəngi ilə seçilir ki, bu da kuzov panellərinin rənglənməmiş karbon lifli hissələri ilə tamamlanır.
Ferrari F8 Tempesta Turchese eyni 3,9 litrlik V8 mühərriki ilə təchiz edilib və onun gücü 868 at gücündən 880 at gücünə qədər artırılıb. Fırlanma anı - 960 Nm.-dır.
"Yüzlərlə" ifadə edilən sürətlənmə 2,6 s-dir. Maksimal sürət 354 km/saat ilə məhdudlaşdırılıb.
Nazlı Almuradova