Gəncə stansiyasından 41 km şimal-şərqdə, Mingəçevir su anbarında zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat verib.
Bildirilib ki, yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub və ocağı 21 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində hər hansı dağıntı qeydə alınmayıb.
Hadisə barədə Baku TV-yə danışan sakin Vəli Zeynalov bildirib:
"Zəlzələ baş verəndə sahildə idim, amma hiss etmədim".
Ətraflı süjetdə: