AZ

Azərbaycanda zəlzələ baş verdi: Sakinlər hadisə barədə nələr danışdılar?

Gəncə stansiyasından 41 km şimal-şərqdə, Mingəçevir su anbarında zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat verib.

Bildirilib ki, yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub və ocağı 21 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində hər hansı dağıntı qeydə alınmayıb.

Hadisə barədə Baku TV-yə danışan sakin Vəli Zeynalov bildirib:

"Zəlzələ baş verəndə sahildə idim, amma hiss etmədim".

Ətraflı süjetdə:

Seçilən
12
musavat.com

1Mənbələr