İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, saat 21:32-də Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ordubad şəhərində 3 bala qədər hiss olunub.
Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.