Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verəcək hadisələrdən asılıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
"ABŞ-la tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. Hizbullah razılaşmaları pozsa və silahlanmağa çalışsa, hücum edəcəyik", - baş nazir vurğulayıb.
Qeyd edək ki, bu gün İsrail Livanla atəşkəs razılaşmasını təsdiqləyib.