AZ

Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan işsiz qaldı - VİDEO

"20 Yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır.

Ticarət obyektlərinin aqibəti həm yerli sakinlər, həm də sahibkarlarda maraq doğurur. Kimi buranın açılacağını, kimi isə tamamilə fəaliyyətinin dayandırıldığını deyir.

Sahibkarlar söyləyirlər ki, onlara bu barədə heç bir məlumat verilmir.

"Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb", - deyə obyekt sahibi bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən isə bildirilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.

Bir sözlə, 3 aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılması da naməlumdur.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
3
15
avtosfer.az

10Mənbələr