AZ

MİT BƏƏ-də ravvini öldürməkdə şübhəli bilinən 3 Özbəkistan vətəndaşını ələ keçirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı ( MİT) İsrail və Moldova vətəndaşı Tzvi Koqan adlı ravvini öldürməkdə şübhəli bilinən 3 Özbəkistan vətəndaşını İstanbulda ələ keçirib.
 
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Qeyd olunub ki, ravvini öldürdməkdə şübhəli sayılan 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Abdurrahim və 33 yaşlı Azizbek Kamiloviç BƏƏ-yə ekstradisiya edilib.
 
BƏƏ Türkiyəyə bu məsələdə əməkdaşlığa görə təşəkkür edib.
 
Tzvi Koqanın 2020-ci ildən Dubayda market işlətdiyi bildirilir.
Seçilən
20
5
moderator.az

6Mənbələr