"Birinci Liqa ilə Premyer Liqa arasında çox fərq var".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "İmişli"nin kapitanı Tərlan Quliyev deyib.
"Neftçi"nin yetirməsi bu mövsümdən I Liqada çıxış edir. 33 yaşlı müdafiəçi Premyer Liqaya iddialı aran təmsilçisinin formasını geyinir.
Azərbaycan millisinin sabiq üzvü ilk dəfə çıxış etdiyi liqanın səviyyəsi barədə fikirlərini bildirib:
"Burada çox istəkli olmalısan. Təcrübə böyük köməkdir.
Bütün komandalar var gücü ilə vuruşur. Kiməsə asanlıqla qalib gəlmək mümkün deyil.
Mütləq istəkli olmalı, əlindən gələni etməlisən. Meydanın hər qarışı uğrunda mübarizə aparmalısan".