AZ

Türkiyədə gəmi saya oturdu - Ekipaj üzvləri təxliyə edilir

Türkiyənin Mersin şəhərində "ESPERANZA B" adlı quru yük gəmisi saya oturub. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, 89 metr uzunluğundakı quru yük gəmisindəki personalın təcili təxliyəsi üçün hərəkətə keçilib. 13 nəfərlik heyətdən 7-si xilas edilib. Kapitan daxil olmaqla 6 nəfər gəmidədir. Ekipaj üzvlərinin hamısı xarici vətəndaşlardır. 

Gəminin saya oturmasının səbəbi bilinmir. Mersin valisi Əli Həmzə Pehlivanın sözlərinə görə gəminin batma ehtimalı yoxdur. 

Seçilən
17
unikal.az

1Mənbələr