AZ

Makron hökumətin istefasını gözləyir

Fransa prezidenti Emmanuel Makron və onun administrasiyası Mişel Barnierin rəhbərlik etdiyi hazırkı hökumətin tezliklə istefasını gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Nəşr həmçinin iddia edir ki, Makron güman edir ki, yaxın günlərdə - dekabrda Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi elan olunacaq. Bu tarixlərdə gələn ilin büdcə layihəsinə səsvermə keçiriləcək.


Müəllif: Arzu
Seçilən
24
teleqraf.com

1Mənbələr