Milli Gimnastika Arenasında xoreoqraflar Sənan Mahmudlu və Məlikməmməd Həsənov tərəfindən “Dönmə və tullanma elementlərinin icra texnikaları və yeni qaydalara əsasən olunan dəyişikliklər” mövzusunda "ustad dərsi" keçiriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Ustad dərsi" dekabrın 5-də, saat 18:00-da baş tutacaq.