AZ

Yaponiya, ABŞ və Filippin dəniz təhlükəsizliyinə dair üçtərəfli görüş keçirəcək

Bakı. Trend:

Yaponiya, ABŞ və Filippin Cənubi Çin dənizindəki gərginliyi vədəniz təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək üçün ilkdəfə üçtərəfli formatda görüş keçirməyə hazırlaşır.

Trend xəbər verirki, bu qərar Yaponiyanın xarici işlər naziri Takeşi İvaya iləFilippin xarici işlər naziri Enrike Manalo arasında İtaliyadakeçirilən G7 sammiti çərçivəsində aparılan danışıqlar zamanı əldəolunub. NHK telekanalının məlumatına görə, görüş dekabr ayındaTokioda baş tutacaq.

Takeşi İvaya bildirib ki, Yaponiya və Filippin birgə dəyərlərivə prinsipləri paylaşaraq, xüsusən də Cənubi Çin dənizindəmünaqişələrin və problemlərin sülh yolu ilə həlli üçün birgəəməkdaşlıq etmək niyyətindədir.

Cənubi Çin dənizindəki vəziyyət regionun bir neçə ölkəsi, ocümlədən Çin, Vyetnam, Bruney, Malayziya və Filippin arasındaSpratli və Parasel adalarına dair ərazi iddiaları səbəbindən gərginolaraq qalır. Görüşdə bu münaqişələrin həlli istiqamətindəəməkdaşlıq imkanlarının müzakirə ediləcəyi gözlənilir.

Seçilən
31
az.trend.az

1Mənbələr