AZ

Bayden administrasiyası son günə qədər Ukraynaya dəstək vermək niyyətindədir

Amerika prezidenti Co Baydenin administrasiyası səlahiyyət müddətinin son gününə qədər Ukraynaya dəstək vermək niyyətindədir. 

 

Sfera.az xəbər verir ki, bunu dövlət katibi Antoni Blinken İtaliyada G7 ölkələrinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

Blinken hazırkı administrasiyanın səlahiyyət müddətinin qalan hissəsində Ukrayna və Avropanı dəstəkləyəcəyini bildirib. Bu, Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləyən Konqresin hər iki palatasında ikipartiyalı dəstəyi, eləcə də ictimai dəstəyi göstərir.

 

ABŞ dövlət katibinin sözlərinə görə, Bayden administrasiyası Kiyevin 2025-ci ildə Rusiya ilə münaqişədə iştirakını davam etdirmək üçün lazım olan vəsaiti alması, eləcə də güclü mövqedən danışıqlar aparmaq üçün əlindən gələni edəcək.

 

Əzizə

Seçilən
22
sfera.az

1Mənbələr