AZ

Makiyaj yaşı 10-a düşdü! Uşaqların dərisinə zərər verir

İnfluencerlərin sosial mediada çəkdiyi videoların təsiri ilə makiyaj və dəriyə qulluq adı altında müxtəlif məhsullardan istifadə yaşı 10-a enib. 

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər valideynlərə xəbərdarlıq ediblər:

"Bu məhsullar uşaqların dərisinə zərər verir, istifadə etmələrinə icazə verməyin".
Sosial medianın təsiri ilə uşaqlar artıq kosmetik sənayenin “müştəriləri”dir. Cazibədar qablaşdırma, parlaq və rəngarəng mağazalar sosial mediada məşhurların çəkdiyi makiyaj videolarının təsiri ilə uşaq radarına düşüb.

Prof. Dr. Nilsel İlter bununla bağlı valideynlərə də xəbərdarlıq edib:
“Bu, son illərdə çox tez-tez rastlaşdığımız vəziyyətdir; Kosmetik tətbiqlər çox gənc yaşda başlayır. 10 yaş civarında üzlərində sızanaqlardan şikayət edən xəstələr var.
Həmçinin, 12 yaşlı uşaq xəstələrim serumdan istifadə edir. Bu yaşda olan uşaqlar üçün bunları təmiz dərilərində istifadə etmək olduqca təhlükəlidir. Kosmetik bazarlardakı rəngarəng məhsullar o qədər cəlbedicidir ki, uşaqlar analarının qollarından tutub alış-veriş etməyə vadar edirlər. Qarşımızda sosial media olduğundan anaların müqavimət göstərməsi mümkün deyil. Bu çox ciddi problemdir.

Valideynlər məlumatlandırılmalıdır. Yalnız üzünü yumağa ehtiyacı olan uşağın bu qədər məhsuldan istifadə etməsi onun dəri sağlamlığına ziyan vurur. Sızanaq və ekzema kimi problemlər gənc yaşda yaranır.
 Təmizləyici, 18 yaşından sonra isə nəmləndirici krem və günəş kremi kifayətdir.

Seçilən
21
ucnoqta.az

1Mənbələr