AZ

FTB-nin ən çox axtardığı terrorçulardan biri Britaniyada saxlanılıb

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılanterrorçular siyahısında yer alan Daniel Andreas San Dieqo BöyükBritaniyada saxlanılıb. Cinayətkar noyabrın 26-da ABŞ-aekstradisiya prosesinə başlamaq məqsədilə məhkəmə qarşısınaçıxıb.

Trend-in “TheTimes”-ə istinadən yaydığı məlumata görə, San Dieqo radikal heyvanhüquqları qrupu ilə əlaqəli olduğu və 2003-cü ildə Kaliforniyadaheyvanlar üzərində təcrübə aparan şirkətlərin yerləşdiyi iki binanıbombalamaqda ittiham olunur.

San Dieqo 2003-cü ildən bəri axtarışda idi. FTB 2006-cı ildəonun həbsinə kömək edəcək məlumat üçün 250.000 dollar mükafattəklif edib. 2009-cu ildə isə o, FTB-nin ən çox axtarılanterrorçular siyahısına daxil edilib.

Seçilən
18
az.trend.az

1Mənbələr